İyul 8, 2026
Baku
Xəbərlər

AFFA Əli Hüseynovu 5 oyunluq cəzalandırdı

AFFA futzal üzrə Yüksək Liqada çıxış edən “Neftçi” İK-nın məşqçisi Əli Hüseynovu 5 oyunluq cəzalandırıb.

Gundelik.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna XV turda baş tutan “Neftçi” İK – “Baku Fire” matçının fasiləsində məşqçinin təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub. Nəticədə o, 5 oyunluq diskvalifikasiya edilib.

Gundelik.az