Dialoqun Gücü: Mediator Günay Cəfərova ilə Söhbət
Münaqişə insan münasibətlərinin qaçılmaz həqiqətidir. Lakin hər münaqişə qarşıdurma demək deyil. Bəzən bir söz, bir baxış, bir sakit dinləmə anı illərlə davam edən incikliyi aradan qaldıra bilir. Cəmiyyətin hüquqi və mənəvi mədəniyyətində mediasiyanın rolu da məhz bu nöqtədə – qarşıdurmanı dialoqa, gərginliyi anlaşmaya çevirmək bacarığında özünü göstərir. Bu dəfə həmsöhbətimiz mediator Günay Cəfərovadır. O, mediasiyanı
