İyul 8, 2026
Baku
Hüquq Müsahibə Xəbərlər

Uduzmadan qazanmaq fəlsəfəsi: Mediasiya yeni düşüncə formasıdırmı?

Münaqişələrin sivil, qarşıdurmasız və ədalətli şəkildə həlli cəmiyyətin dayanıqlı inkişafını şərtləndirən əsas amillərdən biridir. Azərbaycan cəmiyyətində bu ehtiyac tarixən “ağsaqqal institutu vasitəsilə təmin olunmuş, insanlar arasında anlaşma, barış və qarşılıqlı hörmət məhz bu mənəvi-sosial mexanizm üzərindən formalaşmışdır. Zamanın tələblərinin dəyişməsi, ictimai münasibətlərin daha da mürəkkəbləşməsi isə münaqişələrin həllində sistemli, hüquqi əsaslara söykənən müasir yanaşmaların tətbiqini zəruri etmişdir. Bu kontekstdə mediasiya institutu ənənəvi barış mədəniyyətinin müasir hüquqi çərçivədə inkişaf etdirilmiş forması kimi çıxış edir. 

Gundelik.az üçün peşəkar mediator Aqil Əsgərovdan alınmış bu müsahibədə Azərbaycan cəmiyyətinin əsrlərin sınağından çıxmış “ağsaqqal institutu” ilə müasir dövrdə qanunvericiliklə tənzimlənən mediasiya mexanizmi arasında mövcud olan oxşar və fərqli cəhətlər sistemli, ardıcıl və analitik yanaşma əsasında oxucuya təqdim olunur.

 Müsahibə çərçivəsində hər iki institutun barışdırıcı mahiyyəti, dialoqa və qarşılıqlı anlaşmaya əsaslanan prinsipləri, cəmiyyətin etimadına söykənməsi kimi ortaq xüsusiyyətləri ön plana çəkilir, eyni zamanda onların hüquqi statusu, tərəfsizlik prinsipi, peşəkarlıq səviyyəsi və qəbul edilən qərarların hüquqi qüvvəsi baxımından fərqləri ətraflı şəkildə izah edilir.

Bu müsahibə yalnız hüquqi müqayisə xarakteri daşımır, eyni zamanda milli-mənəvi dəyərlərlə müasir hüquq mədəniyyəti arasında əlaqəni əks etdirən konseptual yanaşma təqdim edir. Aqil Əsgərovun fikirləri əsasında aydın olur ki, istər ənənəvi ağsaqqal nüfuzuna əsaslanan yanaşma, istərsə də peşəkar mediasiya mexanizmi eyni ali məqsədə – sülhün, razılaşmanın və ictimai harmoniyanın təmin olunmasına xidmət edir. 

Ağsaqqal institutu” ilə mediasiya arasında hansı oxşarlıqlar mövcuddur?

Hər iki mexanizm cəmiyyətdə münaqişələrin sülh yolu ilə, qarşıdurma yaratmadan həllinə xidmət edir. Onların əsas oxşarlıqları bunlardır:

  • Barışdırıcı xarakter daşıyırlar – məqsəd tərəfləri qarşı-qarşıya qoymaq yox, razılığa gətirməkdir.
  • Dialoq və qarşılıqlı anlaşmaya əsaslanırlar – tərəflərin fikirlərini dinləmək əsas prinsiptir.
  • Məhkəmədənkənar mexanizmlərdir – rəsmi məhkəmə prosesinə alternativ rol oynayırlar.
  • Cəmiyyətin etimadına söykənirlər – həm ağsaqqal, həm mediator etibarlı şəxs kimi qəbul edilir.

Bəs bu iki institut arasında əsas fərqlər nədən ibarətdir?

Oxşarlıqlara baxmayaraq, onların arasında ciddi fərqlər də mövcuddur:

  • Hüquqi status:
  • Ağsaqqal institutu daha çox ənənəvi və qeyri-rəsmi xarakter daşıyır.
  • Mediasiya isə qanunla tənzimlənən rəsmi hüquqi institutdur.
  • Tərəfsizlik məsələsi:
  • Ağsaqqal bəzən yaşına, nüfuzuna və ya şəxsi mövqeyinə görə tövsiyəedici və yönləndirici rol oynaya bilər.
  • Mediator isə tam neytral olmalı, heç bir tərəfə üstünlük verməməlidir.
  • Peşəkarlıq və hazırlıq:
  • Ağsaqqallar adətən həyat təcrübəsinə əsaslanırlar.
  • Mediatorlar isə xüsusi təlim keçmiş, sertifikatlaşdırılmış peşəkarlardır.
  • Qərarın hüquqi qüvvəsi:
  • Ağsaqqalın verdiyi qərar mənəvi və ictimai təsirə malikdir.
  • Mediasiya nəticəsində əldə olunan razılaşma isə hüquqi qüvvəyə malik ola bilər.

Ümumilikdə necə qiymətləndirərdiniz?

 “Ağsaqqal institutu” Azərbaycan cəmiyyətinin tarixi-mənəvi dəyəridir və sosial münasibətlərin qorunmasında mühüm rol oynayıb. Mediasiya isə bu ənənənin müasir hüquqi çərçivədə inkişaf etmiş forması kimi çıxış edir. Hər iki institutun məqsədi eynidir – sülh, razılaşma və ictimai harmoniyanın təmin olunması.

Gundelik.az