Şri Lanka vətəndaşı Bakıda turizm şirkəti yaratdı
Azərbaycanda əcnəbi vətəndaş tərəfindən yeni tur şirkəti təsis edilib. Gundelik.az xəbər verir ki, bu, “Amila Tourism 25” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Paytaxtın Yasamal rayonu, Zərgərpalan küçəsi ev 24 ünvanında dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 50 010 manatdır. MMC-nin qanuni təmsilçi Şri Lanka Demokratik Sosialist Respublikası vətəndaşı Bamunusinghage Amila Sandaruvandır. Gundelik.az
