İyul 8, 2026
Baku
Kateqoriya seçilməyən Ölkə Turizm Xəbərlər

“Şahbulaq qalası” ətrafında turizm infrastrukturunu bu şirkət yaradacaq, 3,5 milyon manat alacaq

Ağdam rayonunun Şahbulaq kəndi ərazisində yerləşən “Şahbulaq qalası” nın bərpası və qala ətrafında turizm infrastrukturunun yaradılması işlərini görəcək şirkət müəyyənləşdirilib.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzində müvafiq işlərə yekun vurulub.

Qurum sözügedən işlərin icrasını “Ricon” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 3 530 197 manat ödənilib.

Gundelik.az