İyul 8, 2026
Baku
Dünya Turizm Xəbərlər

İtaliyada funikulyor çökdü: 4 turist öldü

İtaliyada funikulyor hərəkətdə olarkən kabinəsi çöküb.

Bu barədə Gundelik.az xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində 4 turist həlak olub, 1 nəfər isə xəsarət alıb.

Belə ki, qəza ötən gün Neapol şəhəri yaxınlığında baş verib.

Polislər qurbanlar arasında iki britaniyalının olduğunu bildiriblər. Digər səyahətçilərin milliyyətləri isə açıqlanmayıb.

Qəzadan sağ çıxan yeganə turisitin vəziyyətinim ağır olduğu qeyd olunur.

Daha 16 nəfərin dağın ətəyində havada qalan kabinədən xilas edildiyi vurğulanıb.

Onlar təhlükəsizlik orqanları tərəfindən mürəkkəb əməliyyatla yerə endiriliblər.

Gundelik.az