Avqust 27, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Gürcüstanın Baş naziri siyasətdən gedəcəyini elan edib

Gürcüstanın Baş nazirinin müavini Mamuka Mdinaradze tutduğu postdan getmək niyyətində olduğunu bəyan edib.

Gundelik.az Gürcüstan mediasına istinadən xəbər verir ki, o, eyni zamanda ümumiyyətlə siyasətdən uzaqlaşmağa qərar verdiyini açıqlayıb.

“Mənim üçün bu 10 il zəhmət dolu, vətənə sədaqət və dostlarımızla birlikdə gördüyümüz böyük işlərlə müşayiət olunan 10 il oldu”, – deyə o, brifinqdə bildirib.

Qeyd edək ki, Mdinaradze 2016-cı ildə Gürcüstan parlamentinin deputatı seçilib. O, 2025-ci ilin sentyabrına qədər siyasi fəaliyyətlə məşğul olub və hakim partiyanın ən fəal spikerlərindən biri olub. Daha sonra Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri vəzifəsini tutub. Bundan başqa hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məsələləri üzrə dövlət naziri kimi fəaliyyət göstərib.