Bu ilin yanvar-aprel ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% artaraq 632,7 min nəfər olub.
Gundelik.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,9%, Gürcüstana gedənlərin sayı 20,4% artıb, Türkiyəyə gedənlərin sayı 6,3%, Rusiya Federasiyasına gedənlərin sayı isə 26,4% azalıb.
Hesabat dövründə Azərbaycan vətəndaşlarının 36,1%-i Türkiyəyə, 16,1%-i Rusiyaya, 11,1%-i Gürcüstana, 11%-i İrana, 25,7%-i digər ölkələrə səfər edib. Gedənlərin 66,9%-ni kişilər, 33,1%-ni qadınlar təşkil edib.
Gundelik.az
