Avropa İttifaqının (Aİ) səfirləri Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Leyenin bloku militarizasiya etmək üçün 150 milyard avroluq fond yaratmaqla bağlı təklif etdiyi planı təsdiqləyiblər.
Gundelik.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Nəşr yazır ki, Avropa səfirləri AK planını təsdiqləmək və Aİ təhlükəsizliyini gücləndirmək üçün 150 milyard avroluq fond yaratmaq barədə prinsipial razılığa gəliblər.
Məqalə müəllifləri qeyd ediblər ki, bundan sonra təşəbbüs Aİ-yə üzv ölkələrin xarici işlər nazirliklərinin rəhbərləri tərəfindən təsdiqlənməlidir və bu, onların mayın 20-də, çərşənbə axşamına planlaşdırılan növbəti iclasında baş verə bilər.
Martın 4-də fon der Leyen Aİ ölkələrinə müdafiəyə sərmayə yatırmaq üçün 150 milyard avro kredit toplamaq planlarını açıqlayıb. Buraya Ukrayana dəstəyin göstərilməsi məsələsi də daxile dilib. O, həmçinin 800 milyard avro dəyərində Avropa İttifaqını yenidən silahlandırmaq planını təklif edib.
Gundelik.az
