İyul 10, 2026
Baku

Siyasət

Siyasət Xəbərlər

Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan səfəri barədə “X” hesabında paylaşım edib. Gundelik.az xəbər verir ki, Hikmət Hacıyev Mehriban Əliyevanın səmərəli görüşlərinin, o cümlədən Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirdiyini

Read More
Siyasət Xəbərlər

Prezident: Azərbaycan və Qazaxıstan arasında sualtı kabelin tikintisi 2026-cı ilin sonunadək başa çatacaq

Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı lifli-optik rabitə xətlərinin tikintisi üzrə işlərin başa çatması 2026-cı ilin sonuna planlaşdırılıb. Gundelik.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Kazinform” agentliyinə müsahibəsində bildirib. Prezidentin sözlərinə görə, tikinti üçün müqavilə 2025-ci ilin martında Bakıda imzalanmış bu layihə, “rəqəmsal inteqrasiyanı gücləndirməyə imkan verəcək” əsas infrastruktur layihələrindən

Read More
Siyasət Xəbərlər

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 34-cü ili tamam olur. Gundelik.az xəbər verir ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust

Read More
Siyasət Xəbərlər

Mehriban Əliyeva: Azərbaycandakı sülh və əmin-amanlıq əbədi olsun!

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib. Gundelik.az-ın məlumatına görə, paylaşımda deyilir: “Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!” https://www.instagram.com/p/DP8ExhQipD6/?igsh=cnZ2N21qNHgyYWd0

Read More
Dünya Siyasət Xəbərlər

Litvada ABŞ və Polşa hərbçilərinin iştirakı ilə beynəlxalq hərbi təlimlərə start verilib

Litvada “Stiprus Grifonas 2025” (“Güclü Qriffin 2025”) adlı beynəlxalq hərbi təlimlər başlayıb. Gundelik.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, oktyabrın 17-dən 31-dək Belarus sərhədindən 15 km məsafədə, Pabradedə yerləşən General Silvestras Žukauskas təlim poliqonunda keçirilən manevrlər Zemaitija piyada briqadasının təşkilatçılığı ilə həyata keçirilir. Təlimlər Litva və Polşa hərbçilərini bir

Read More
Siyasət Xəbərlər

İlham Əliyev ICAPP Asiya Mədəniyyət Şurasının iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb. Gundelik.az-ın məlumatına görə, müraciətdə deyilir: “Hörmətli tədbir iştirakçıları! Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusuna həsr olunmuş 4-cü iclasında ürəkdən salamlayıram. Asiya qitəsi zəngin mədəni

Read More
Dünya Siyasət Xəbərlər

Səudiyyə Ərəbistanı və ABŞ müdafiə sahəsində əməkdaşlıq edə bilərlər

Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ ilə mümkün müdafiə sazişi üzrə danışıqlar aparır. Gundelik.az xəbər verir ki, “Financial Times”ın mənbələrinə istinadən məlumatına görə, Ər-Riyad razılaşmanın Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın noyabr ayında Vaşinqtona səfəri zamanı yekunlaşdırılacağını ümid edir. Razılaşmaya “artırılmış hərbi və kəşfiyyat əməkdaşlığı”nın daxil ediləcəyi gözlənilir. ABŞ Dövlət Departamenti bildirib ki, Səudiyyə Ərəbistanı ilə müdafiə

Read More
Dünya Siyasət Xəbərlər

Bu ölkələr Trampa qulaq asaraq Rusiyadan neft alışını dayandıracaq? – RƏY

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini sonlandırmaq üçün müxtəlif dövlətlərin Rusiyadan neft alışını dayandırmasına çalışır. Gundelik.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb. O bildirib ki, Ağ Ev sahibinin fikrincə, Rusiya neft və qazını sata bilməsə Kreml Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq məcburiyyətində qalacaq: “Bu arada,

Read More
Dünya Siyasət Xəbərlər

Avropa Talibanla əməkdaşlığa başlayır

Almaniya kansleri Fridrix Merz hökuməti Avropa İttifaqında (Aİ) tanınmamış Taliban hərəkatı ilə birbaşa əməkdaşlığa başlayan ilk hökumət olub. Gundelik.az-ın “Politico”ya istinadən məlumatına görə, Berlin digər Aİ ölkələrinin də bu istiqamətdə eyni addımı atacağını gözləyir. Məlumata əsasən, Almaniya Talibanla hava uçuşlarının sayını artırmaq məqsədilə birbaşa danışıqlara başlayıb. Həmçinin Taliban nümayəndələrinə Almaniyadakı Əfqanıstan konsulluğunda fəaliyyət göstərməyə icazə

Read More
Dünya Siyasət Xəbərlər

Pakistan-Əfqanıstan gərginliyində Tramp özünü qabağa verəcəkmi? – AÇIQLAMA

Pakistan-Əfqanıstan sərhədində yenidən gərginlikdir, döyüşlər səngimir, hər iki tərəfdən ölən və yaralanlar var. Bu gedişlə atəşkəsə nail olmaq üçün vasitəçiyə ehtiyac olacaq. Əks halda bu iki ölkə bir müddət sonra yenidən toqquşacaq. ABŞ Prezidenti Donald Tramp yenə özünü qabağa verəcəkmi?  Gundelik.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb. Onun sözlərinə görə, Pakistanın

Read More