Ermənistanda müxalifət meri rüşvət ittihamı ilə həbs edilib
Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrünün meri Vardan Qukasyan rüşvət işi ilə bağlı həbs olunub. O, bazar ertəsi saxlanılıb və məhkəmənin qərarı ilə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Qukasyanın vəkili Zaruhi Postancyan jurnalistlərə bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına
