Ərdoğan: “Suriyaya xüsusi dəstək proqramına başlayırıq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 41-ci İSEDAK (COMCEC) Nazirlər Toplantısının açılışında çıxış edib. Gundelik.az xəbər verir ki, o, Suriyanın bərpası üçün yeni dəstək proqramının başladıldığını açıqlayıb. “Əsas prioritetimiz qonşumuz Suriyanın bir an əvvəl ayağa qalxması və əvvəlki əzəmətinə qayıtmasıdır. Bu məqsədlə COMCEC çətiri altında Suriyaya xüsusi dəstək proqramına başlayırıq”, – deyə Ərdoğan bildirib.
