Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkəsi əvvəllər yerləşdirilmiş Rusiya nüvə silahlarını yeniləri ilə əvəz edib və Rusiyadan ən son modelləri idxal edib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
“Biz nüvə silahlarımızı yenidən dəyişdirdik. Onları Rusiyaya apardıq və ən yenilərini gətirdik. Onlar artıq təkmilləşdirilib. Saxlanması baha başa gəlir, lakin ruslar bu məsələdə bizə kömək edir. Biz onları geri gətirmişik və həm təyyarələr, həm də raketlər vasitəsilə istifadə üçün təlimlər keçiririk. Bunu gizlətmirik,” – Lukaşenko bildirib.
Dövlət başçısı həmçinin Qərb ölkələrinin Belarus və Rusiyaya təzyiq göstərmək cəhdlərinə cavab verib.“Onlar bizim öhdəsindən gələ bilməzlər. Biz torpaqlarımızı ruslarla birlikdə sonadək müdafiə edəcəyik”, – deyə Lukaşenko vurğulayıb.
Gundelik.az
