Oktyabr 6, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Güclü qarla əlaqədar Quba-Xınalıq yolu bağlandı

Quba-Xınalıq yolu bağlanıb. Gundelik.az xəbər verir ki, güclü qar yağması səbəbindən 35-36-cı kilometrdən başlayaraq yolda hərəkət məhdudlaşıb. Eyni zamanda yola müxtəlif yerlərdə qaya və daş parçaları tökülüb. 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda yolun açılması istiqamətində tədbirlər görülür./apa Gundelik.az

Read More
Ölkə Xəbərlər

Azərbaycanda bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə alınıb

Azərbaycanda təmassız ödəniş texnologiyalarından (NFC) istifadə edən bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə alınıb. Gundelik.az xəbər verir ki, bununla bağlı kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq ediblər. Məlumata görə, “Apple Pay” və “Google Wallet” xidmətlərinin istifadəçiləri bu hücumlara qarşı xüsusilə həssasdırlar, çünki onların kartları saxta hesablara bağlanılır. Qeyd edilib ki, ssenari sadə, lakin effektivdir. Belə ki,

Read More
Ölkə Xəbərlər

Hikmət Mirzəyevə ağır itki

Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları Komandanı, general-polkovnik Hikmət Mirzəyevə ağır itki üz verib. Gundelik.az Bakupost.az-a istinadla xəbər verir ki, onun bacısı Rəna xanım Bakıda vəfat edib. Mərhumun Biləsuvarda dəfn ediləcəyi bildirilir. Gundelik.az 

Read More
Ölkə Xəbərlər

50 manatlıq kapitala malik şirkət böyüyür

“Royal Development” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) böyüyür. Gundelik.az xəbər verir ki, bu barədə MMC özü elan edib. Belə ki, “Sgex Servis” MMC sözügedən şirkətə qoşulduğunu bəyan edib. Qeyd edək ki, “Royal Development” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Nəsirov Ramiz Fuad oğludur. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Keçmiş rəisə hökm oxundu

Qusar Rayon Məhkəməsində mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Hafiz Bədəlov (soyadı şərtidir) və Elnur Yusifovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Gundelik.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Hafiz Bədəlov 4 000 manat və Elnur Yusifov isə 5 500 manat cərimə ediliblər. Onlar

Read More
Ölkə Xəbərlər

Bu şadlıq evinin fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şamaxı şəhərində yerləşən “Şamo” şadlıq evinin fəaliyyətini dayandırıb. Gundelik.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, restoranda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı

Read More
Ölkə Xəbərlər

Nuridə Allahyarova işdən çıxdı

“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova işdən çıxıb. Gundelik.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verib. “”Yeni Klinika” ilə başlayan iki illik maraqlı yolum yekunlaşdı. Mənim üçün xoş təcrübə oldu. Faydalı olmaq üçün vəsilə olmaq şansı əldə etdim. Ən böyük qazancım bu oldu. Nə zamansa hansısa həkimi qınamışamsa, üzr istəyirəm. Mən

Read More
Ölkə Xəbərlər

Azərbaycanda Milli Etalon Vaxtı yaradılır

Azərbaycanda Milli Etalon Vaxtının yaradılması istiqamətində işlərə start verilib. Gundelik.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, hazırda ölkədə vaxtın düzgün və koordinasiyalı şəkildə paylaşılması – yəni vaxt sinxronizasiyası – müxtəlif xarici mənbələr və üsullar vasitəsilə həyata keçirilir. Bu isə xarici sistemlərə asılılığın artmasına

Read More
Ölkə Xəbərlər

Qeyri-sabit hava ilə bağlı sığorta hadisələrinin sayı 800-ə çatıb

15-16 aprel tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və normadan artıq intensiv yağışlar nəticəsində bir sıra hadisələr qeydə alınıb. Sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib. Bu barədə Gundelik.az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq yerli sığorta bazarı iştirakçılarından aldığımız bu günə olan son

Read More
Ölkə Xəbərlər

Bakının 3 rayonunda qaz kəsiləcək – XƏBƏRDARLIQ

Bu gün Bakının Xəzər, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Bu barədə Gundelik.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində və Xətai rayonu ərazisində aparılacaq təmir işləri ilə əlaqədar aprelin 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Təmir işləri

Read More