Oktyabr 7, 2026
Baku

Hadisə

Hadisə Xəbərlər

AZAL-ın təyyarəsinə girmək istədi, insident oldu

Ötən gün ictimai fəal Mətanət Əzizova feysbuk hesabında Praqa aeroportunda, Praqa- Bakı (AZAL) reysinin gözləmə zalından bir kişinin yoxlamadan keçmədən, qanunsuz trapa daxil olması və təyyarəyə tərəf getməsi barədə məlumat paylaşıb. Gundelik.az xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı “Azərbaycan Hava Yolları”na (AZAL) sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, dünən Praqa hava limanında Praqa–Bakı marşrutu

Read More
Dünya Hadisə Xəbərlər

Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın qərbində 6,2 maqnitudalı zəlzələ baş verib. Gundelik.az xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb. Simane prefekturasında qeydə alınan yeraltı təkanların episentri Yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələdən sonra sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra ləğv edilib.

Read More
Dünya Hadisə Xəbərlər

Swiss Alps-da Yeni il yanğınında 40 nəfər həyatını itirib

İsveçrədə xizək kompleksindəki barların birində Yeni il gecəsi baş verən faciəli yanğında yanğında ölən son 16 nəfərin şəxsiyyəti bazar günü müəyyən edilib. Valaisin polis nümayəndəsi yanğının səbəbini müəyyən etmək üçün istintaqın davam etdiyini təsdiqləyib. Hadisə nəticəsində ümumilikdə 40 nəfər həyatını itirib, 119 nəfər yaralanıb. Rəsmi şəxslər bildiriblər ki, Yeni il gecəsi Swiss Alps-da xizək kompleksindəki

Read More
Hadisə Xəbərlər

Baş Prokurorluq və DİN Xaçmazda itkin düşən şəxsin qətlə yetirilməsi barədə birgə məlumat yayıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 2 il əvvəl itkinin düşmüş şəxsin qəsdən öldürülməsinin müəyyən olunması barədə birgə məlumat yayıb. Baş Prokurorluqdan Gundelik.az-a verilən xəbərə görə, birgə məlumatda deyilir ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə

Read More
Dünya Hadisə Xəbərlər

Braziliyada avtobus yük maşını ilə toqquşub, 11 nəfər ölüb

Braziliyada avtobus və yük maşını toqquşub, 11 nəfər ölüb, daha 11 nəfər xəsarət alıb. Gundelik.az-ıxəbərinə görə, bu barədə G1 portalı məlumat yayıb. “Yük maşını və avtobus toqquşub. Avtobus sürücüsü də daxil olmaqla 11 nəfər ölüb”, – xəbərdə deyilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Read More
Hadisə Ölkə Xəbərlər

Ötən gün qanunsuz dövriyyədən 29 kiloqram narkotik vasitə çıxarılıb

Bayram günləri olmasına baxmayaraq polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir. Daxili İşlər Nazirliyindən Gundelik.az-a verilən məlumata görə, ötən gün Nəsimi və Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı S.Həbibov və 34 yaşlı A.Cəbizadə saxlanılıblar. Onlardan ümumilikdə 29 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Araşdırmalar

Read More
Dünya Hadisə Xəbərlər

Honq-Konqda 20-dən çox şəxs korrupsiya ittihamı üzrə həbs edilib

Honq-Konqun Antikorrupsiya qurumu bu gün iki yaşayış kompleksində təmir işlərinin aparılması ilə əlaqədar korrupsiyada şübhəli bilinən 21 nəfərin saxlanıldığını bildirib. Gundelik.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Honq-Konq hakimiyyəti 2025-ci ilin noyabr ayının sonunda baş verən böyük yanğından sonra tikinti və təmir işlərində korrupsiyaya qarşı mübarizəni gücləndirib. Həmin hadisə zamanı yeddi hündürmərtəbəli

Read More
Hadisə Xəbərlər

Ağsuda bacı-qardaş dəm qazından zəhərləndi

Ağsuda bacı-qardaş dəm qazından zəhərlənib.  Gundelik.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə rayonun Kəndoba ərazisində baş verib. Kənd sakinləri – 1996-cı il təvəllüdlü Məhəmməd Cabir oğlu Əliyev və 2002-ci il təvəllüdlü Aynur Cabir qızı Əliyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər iki şəxs Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən bacı və qardaşın vəziyyətlərinin orta ağır olduğu

Read More
Hadisə Xəbərlər

Bakıda məhkuma məxsus gizlədilmiş avtomat aşkarlandı

Bakıda məhkum tərəfindən həbs edilməmişdən əvvəl gizlədilmiş avtomat aşkarlanıb. Bu barədə Gundelik.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib. Tədbir nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbristanlıqda torpağa basdırılaraq gizlədilən nömrəsi

Read More
Hadisə Xəbərlər

Bakıda güclü külək səbəbindən 9 ağac sınıb

Yanvarın 2-də gecədən səhərə kimi güclü külək nəticəsində 9 ağac sınıb, 6 ağacın budaqları qırılıb. Bu barədə Gundelik.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, iki gündür davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə

Read More