Ağsuda bacı-qardaş dəm qazından zəhərlənib.
Gundelik.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə rayonun Kəndoba ərazisində baş verib.
Kənd sakinləri – 1996-cı il təvəllüdlü Məhəmməd Cabir oğlu Əliyev və 2002-ci il təvəllüdlü Aynur Cabir qızı Əliyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki şəxs Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən bacı və qardaşın vəziyyətlərinin orta ağır olduğu bildirilir.
