Avqust 23, 2026
Baku

Hadisə

Hadisə Xəbərlər

Lökbatanda yaşayış binasında yanğın olub: ölənlər var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Gundelik.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində

Read More
Hadisə Xəbərlər

Kəlbəcər və Laçında yanğının söndürülməsinə helikopterlər cəlb olunub

Kəlbəcər və Laçın rayonlarının dağlıq hissəsində davam edən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub. Gundelik.az xəbərə görə, yanğının dağlıq ərazidəki meşə massivinə keçməsinin qarşısını almaq üçün əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib. Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.

Read More
Dünya Hadisə Xəbərlər

Çində güclü zəlzələ olub

Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur muxtar bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib. Gundelik.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 135 minə yaxın əhalisi olan Tumşuk qəsəbəsindən 141 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin yeraltı ocağı isə 7 km dərinlikdə olub. Zərərçəkənlər və dağıntılar

Read More
Hadisə Xəbərlər

Şəmkirdə mikroavtobus su kanalına aşıb, 12 nəfər xəsarət alıb

Bu gün səhər saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə Gundelik.az-a TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Read More
Hadisə Xəbərlər

Bərdədə kişi kanalda boğulan qadını xilas edərkən öldü

Bərdədə kişi su kanalında boğulan şəxsi xilas edərkən ölüb. Gundelik.az xəbər verir ki, hadisə Nazirli kəndində baş verib. Belə ki, 1957-ci il təvəllüdlü Yasin Kərimov 1981-ci il təvəllüdlü Sərəncam Kərimovanı su kanalından çıxarmaq istəyərkən boğularaq ölüb. Sərəncam Kərimova isə sudan sağ olaraq çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə Xəbərlər

Lökbatanda avtomobil yandı, bir nəfər öldü

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində minik avtomobili yanıb. Gundelik.az xəbər verir ki, yanğın zamanı avtomobilin içərisində 1 nəfərin yanmış meyiti aşkar edilib.

Read More
Hadisə Xəbərlər

Samuxda ər və arvad dəm qazından boğularaq öldü

Samuxda ər və arvad dəm qazından boğularaq ölüb. Gundelik.az xəbər verir ki, hadisə rayonun Hacılı kədində qeydə alınıb. Belə ki, 1957-ci il təvəllüdlü Tanrıverdi Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı Maya Musayeva dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə Xəbərlər

Xankəndidə terror törətməyə cəhd göstərən Karen Avanesyanın işi məhkəməyə göndərildi

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işi məhkəməyə göndərilib. Gundelik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, bu ilin sentyabrın 14-də Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar ikidən çox polis əməkdaşının

Read More
Hadisə Xəbərlər

AAYDA “AFEN Plaza”da baş verən partlayışa səbəb kimi yol təmirinin göstərilməsinə aydınlıq gətirdi

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən “AFEN Plaza”da partlayış baş verib. “AFEN Plaza”nın sahibi Əbülfət Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bir neçə gün əvvəl yol təmiri işləri zamanı yaxınlıqdan keçən yerin altında magistral kəmər zədələnib: Səsləndirilən iddialarla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Gundelik.az-a açıqlamasında

Read More
Hadisə Xəbərlər

Bakıda ev yandı: xəsarət alanlar var

Bakıda evdə yanğın olub. Bu barədə Gundelik.az-a Fövqəladə Hallar Nazirliyindən verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, 2-ci Şimal küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 900kv.m. olan

Read More