İyul 8, 2026
Baku
Hadisə Xəbərlər

Kəlbəcər və Laçında yanğının söndürülməsinə helikopterlər cəlb olunub

Kəlbəcər və Laçın rayonlarının dağlıq hissəsində davam edən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub.

Gundelik.az xəbərə görə, yanğının dağlıq ərazidəki meşə massivinə keçməsinin qarşısını almaq üçün əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.