Avqust 24, 2026
Baku

Hadisə

Dünya Hadisə Xəbərlər

Oman sahillərində tanker batıb

Oman sahilləri yaxınlığında 1 milyon barrel neft daşıyan və sanksiyalar altında olan “Caroline Bezengi” neft tankeri batır. Gundelik.az xəbər verir ki, bu barədə “Arab News” peyk görüntülərinə istinadən məlumat yayıb. Gəmi təxminən iki ay əvvəl Omanının cənub-qərbində, Kibliya adası yaxınlığındakı qorunan ərazidə saya oturub. Nəşrin yaydığı peyk görüntülərində, demək olar ki, 800 kvadratkilometr ərazini əhatə

Read More
Hadisə Xəbərlər

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldür

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vurub. Gundelik.az xəbər verir ki, rayon sakini, 1967-ci il təvəllüdlü Rafət Xancanov həyətyanı sahədə iş görərkən elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə Xəbərlər

Samuxda Kürdə batan 17 yaşlı qızın meyiti tapılıb

Samuxda Kürdə batan 17 yaşlı qızın meyiti tapılıb. Gundelik.az-ın məlumatına görə, suda batan Gəncə şəhər sakini, 2009-cu il təvəllüdlü G. Məmmədovanın meyiti sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Read More
Hadisə Xəbərlər

Tovuzda qadın qətlə yetirildi: Qardaşı oğlu tutuldu

Tovuz rayonunda qətl hadisəsi olub. Gundelik.az-ın məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində fermada baş verib. Məlumata görə, rayon sakini Məlahət İsa qızı İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. Araşdırmalarla qətlin qadının qardaşı oğlu Ülvi Azər oğlu İsayev tərəfindən törədildiyinə şübhələr yaranıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ü.İsayev saxlanılıb.

Read More
Hadisə Xəbərlər

Bakıda obyektdə baş verən yanğın məhdudlaşdırılıb

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada baş vermiş yanğın məhdudlaşdırılıb. Bu barədə Gundelik.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, binada arakəsmələrin taxta konstruksiyalardan ibarət olmasının alovun yayılma riskini artırması və yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirməsinə baxmayaraq, yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğının genişlənməsinə imkan verilməyib. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat

Read More
Dünya Hadisə Xəbərlər

İspaniya tarixinin ən böyük meşə yanğınında Nyu-York böyüklüyündə ərazi külə döndü

İspaniya və Fransa son onilliklərin ən dağıdıcı meşə yanğınları ilə mübarizə aparıb. İspaniyada ölkə tarixinin ən böyük meşə yanğını qeydə alınıb, Fransada isə ilk dəfə yanğının yaratdığı pironimbus (yanğın buludu) formalaşıb. 2026-cı ilin iyul ayında hər iki ölkədə baş verən yanğınlar yüz minlərlə insanın təxliyəsinə, yüzlərlə evin isə yararsız hala düşməsinə səbəb olub. İspaniya tarixinin

Read More
Hadisə Xəbərlər

Zərdabda qəsdən yanğın törədən şəxs cəzalandırıldı

Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Gundelik.az xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.  

Read More
Hadisə Xəbərlər

Bakıda obyekt yanır

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Gundelik.az-a verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Read More
Hadisə Xəbərlər

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdən tördərildiyi məlum olub

Tərtərdə fərdi yaşayış evində baş vermiş yanğınla bağlı aparılan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin əslində iki şəxsin qəsdən öldürülməsi ilə müşayiət olunan ağır cinayət olduğu müəyyən edilib. Gundelik.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, cinayətin izlərini gizlətmək məqsədilə evə od vurulduğu, hadisə nəticəsində evdə yaşayan ər-arvadın öldürüldüyü və

Read More
Hadisə Xəbərlər

Beyləqanda bir nəfər suda boğuldu

Beyləqanda bir nəfər suda boğulub. Gundelik.az xəbər verir ki, ötən gün rayon sakini Amin Əhmədov Birinci Şahsevən kəndi ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkən suda boğularaq ölüb. Amin Əhmədovun meyitinin tapılması üçün axtarışlar davam etdirilir. Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.

Read More