Avqust 24, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Oman sahillərində tanker batıb

Oman sahilləri yaxınlığında 1 milyon barrel neft daşıyan və sanksiyalar altında olan “Caroline Bezengi” neft tankeri batır.

Gundelik.az xəbər verir ki, bu barədə “Arab News” peyk görüntülərinə istinadən məlumat yayıb.

Gəmi təxminən iki ay əvvəl Omanının cənub-qərbində, Kibliya adası yaxınlığındakı qorunan ərazidə saya oturub.

Nəşrin yaydığı peyk görüntülərində, demək olar ki, 800 kvadratkilometr ərazini əhatə edən neft çirklənməsi qeydə alınıb.