“Sevimli uşaq yazarı – Sevinc Nuruqızı
Bədii ədəbiyyat və incəsənət insan fikrinin, insan istedadının və əməyinin elə sahələridir ki, yer üzündə yaşayan bütün adamların həyatına, mənəvi aləminə həmişə təsir göstərir. Dünyada ruhən elə bir sağlam adam təsəvvür etmək olmaz ki, o ya ahəngdar musiqidən, ya parlaq memarlıq və rəssamlıq əsərindən, yaxud gözəl deyilmiş müdrik mənalı sözdən, bayatıdan, nağıldan, rəvayətdən ləzzət
