Alim Qasımovun “Şəbi Hicran”da yanmağı – Muğamın “Leyli və Məcnun” alovu
Heydər Əliyev Sarayında təqdim olunan “Şəbi hicran” muğam kompozisiyası Azərbaycan musiqi və teatr sənətinin bir-birinə ən incə tellərlə bağlı olduğu anlardan biri oldu. Bu əsər təkcə klassik muğamın poetikasını təqdim etmədi, həm də teatrın, bədən plastikasının, səhnə işıqlarının, dekor və məkansal həllin musiqi ilə sintezini tamaşaçının gözləri önündə göstərdi. Bu, həm tarixi ənənənin, həm də
