İyul 9, 2026
Baku
Dünya Xəbərlər

Küveyt ordusu raket və PUA hücumlarının qarşısını almağa çalışdığını açıqlayıb

Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarının qarşısını almağa çalışdığını açıqlayıb.

Ordunun rəsmi sosial media hesabında yayılan məlumatda bildirilib: “Hava hücumundan müdafiə sistemlərimiz raket və PUA hücumlarını zərərsizləşdirməyə çalışır.”

Açıqlamada hücumun mənbəyi barədə məlumat verilməyib. Həmçinin qeyd olunub ki, eşidilə biləcək partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin “düşmən hücumlarını” dəf etməsi ilə əlaqədardır.

ABŞ Prezidenti Donald Trumpın İrana qarşı hücum təhdidindən sonra ABŞ ordusu gecə saatlarında bombardmana başlayıb. Hücumlar zamanı İranın Hörmüz boğazı yaxınlığındakı ərazilər hədəfə alınıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az