İrandan Trampa “geri addım yoxdur” mesajı
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib ki, ölkəsi uranın zənginləşdirilməsi hüququ, zənginləşdirilmiş uranı əlində saxlamaq, Hörmüz boğazı üzərindəki səlahiyyətləri və sanksiyaların ləğvi kimi “qırmızı xətlərindən” geri çəkilməyəcək. Əzizi sosial media hesabında paylaşdığı açıqlamada deyib: “İran, Donald Trumpın açıqlamaları səbəbilə uranın zənginləşdirilməsi hüququ, zənginləşdirilmiş uranı saxlamaq, Hörmüz boğazı üzərindəki səlahiyyətləri
