İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ABŞ-ın İrana yeni hücumları: Hərbi obyektlərə zərbə endirilib

ABŞ ordusu İranın strateji liman şəhəri Bəndər Abbasdakı hərbi obyektə yeni hücumlar həyata keçirdiyini açıqladı.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) həmçinin Hörmüz boğazı ərazisində təhlükə yaradan dörd İran pilotsuz təyyarəsini vurduğunu açıqladı.

Bəyanatda həmçinin qeyd olunur ki, Bəndər Abbasdakı hərbi bazaya edilən zərbələr beşinci dronun havaya qalxmasının qarşısını alıb.

İran mediası həmçinin Bəndər Abbasın şərqində partlayış səslərinin eşidildiyini bildirib. Hücumlar ABŞ və İran arasında danışıqların irəlilədiyi bir vaxta təsadüf edib. ABŞ ordusu 26 mayda İranın cənubunda raket obyektlərini və mina yerləşdirməyə çalışan qayıqları hədəf alan yeni hücumlar başlatdığını açıqladı.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mətbuat açıqlamasında hücumların “özünümüdafiə” məqsədilə həyata keçirildiyini və “qoşunları İran qüvvələrinin yaratdığı təhdidlərdən qorumaq” məqsədi daşıdığını bildirib.

İran Xarici İşlər Nazirliyi ABŞ ordusunu atəşkəsi “ciddi şəkildə pozmaqda” günahlandırdı.

ABŞ ordusu son 48 saat da daxil olmaqla, atəşkəs dövründə Hörmüzqan bölgəsində atəşkəsi dəfələrlə pozub.

Nazirlik bildirib ki, “İran İslam Respublikası heç bir qanun pozuntusunu cavabsız qoymayacaq”.

İran İnqilab Keşikçiləri həmçinin ABŞ ordusunun atəşkəs pozuntularına qarşı cavab tədbiri görmək hüququna malik olduğunu bildirib.

İran mediası mayın 25-i gecəsi Bəndər Abbasda və şəhərin hava limanı ətrafında partlayış səsi eşidildiyini bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi də ABŞ ilə danışıqlarda müəyyən irəliləyişlərin əldə edildiyini, lakin münaqişəyə son qoymaq üçün razılaşmanın “yaxın olmadığını” bildirib .

Mərkəzi Komandanlığın sözçüsü kapitan Tim Hokins bildirib ki, ABŞ ordusu “davam edən atəşkəs dövründə təmkin nümayiş etdirərkən qoşunlarını müdafiə etməyə davam edir”.

“New York Times” qəzetinin məlumatına görə, kapitan Hokins hücumların cənub liman şəhəri və Hörmüz boğazında İran dəniz bazasının yerləşdiyi Bəndər Abbas yaxınlığındakı ərazini hədəf aldığını bildirib.

 

Mənbə:BBC

Tərtib etdi:Səid Mikayılzadə

 

Gundelik.az