İyul 8, 2026
Baku
Hadisə Xəbərlər

Bakıda moped divara çırpıldı – 21 yaşlı sürücü öldü

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gundelik.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Mayılov Hüseyn Mayıl oğlunun idarə etdiyi “Champ” markalı moped Xəzər rayon Şağan qəsəbəsində hərəkətdə olarkən divara çırpılıb.

Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xəzər RPİ-də araşdırma aparılır.

Gundelik.az