“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.
Gundelik.az “APA-Economics”ə istinadən xəbər verir ki, Tahir Gözel bankın Müşahidə Şurasının yeni sədri seçilib.
O, bu vəzifədə qardaşı Əhməd Gözeli əvəz edib. Əhməd Gozal 2022-ci ildən “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına rəhbərlik edirdi.
Müşahidə Şurasının digər üzvləri Alireza Firouzi Heydaranlou və Şirin Hakan Alidir.
Qeyd edək ki, Tahir Gözəl 2026-cı ilin aprelində “Azersun Holding”in Müşahidə Şurasının sədri seçilib. O, həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir.
“Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43 faiz payla “Anadolu Investment Company” MMC-dir.
