Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycan ABŞ-dən məhsul alışını iki dəfədən çox artırıb
İqtisadiyyat Xəbərlər

Azərbaycan ABŞ-dən məhsul alışını iki dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 461 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 249,9 milyon ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,72%-i həcmində olub. Bununla da ABŞ Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 7-ci yerdə qərarlaşıb.

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) 24 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,2 milyon ABŞ dolları və ya 42,9% çoxdur.

Eyni zamanda 2025-ci ilin yanvar-aprel aylarında ABŞ-dən Azərbaycana 437 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 242,7 milyon ABŞ dolları və ya 2,2 dəfə artım deməkdir. Bu göstərici ilə ABŞ Azərbaycanın məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Gundelik.az

Exit mobile version