“Aqro-Qida” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ləğv olunduğu elan edilib.
Gundelik.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1108, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 37A ünvanına bildirə bilərlər.
Şirkətin qanuni təmsilçisi Fəxrəddin İsgəndər-zadə Faiq oğludur.
Qeyd edək ki, “Aqro-Qida” MMC 22 fevral 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət yarandığı gündən kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sahəsində fəaliyyət göstərib.
“Aqro-Qida” MMC “CTC Holdinq”ə daxil olan şirkətlərdən biridir.
