Gundelik.az Dünya Almaniya ABŞ tarifləri ilə bağlı danışıqlara gedir
Dünya Xəbərlər

Almaniya ABŞ tarifləri ilə bağlı danışıqlara gedir

Almaniya Birləşmiş Ştatlarla Almaniya məhsullarına qoyulan rüsumların azaldılmasına səbəb olacaq razılaşma əldə etməyə ümid edir, lakin Vaşinqtonla danışıqların nəticəsiz qalacağı təqdirdə ölkə Aİ-nin cavab tədbirlərini dəstəkləyəcək.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki ş, bu barədə Almaniyanın maliyyə naziri Yorq Kukis bildirib.

“Mövqe çox sadədir. “A planı” razılığa gəlməkdir ki, rüsumlar azalsın, artırılmasın. Əgər bu nəticə verməsə, o zaman biz Aİ-nin əks tədbirlərini dəstəkləyəcəyik, yəni “B planı”na keçəcəyik”, – deyə maliyyə naziri qeyd edib.

Xatırladaq ki, aprelin əvvəlində ABŞ Prezidenti Donald Tramp məsələ ilə bağlı dialoq tələb edən 75-dən çox ölkəyə idxal rüsumlarının artırılması ilə bağlı qərarların icrasını 90 gün müddətinə dayandırmaq qərarına gəldiyini açıqlamışdı. Bu müddət ərzində bu ölkələrin minimum 10% rüsum ödəyəcəyi güman edilir.

Gundelik.az

Exit mobile version