Gundelik.az Xəbərlər İqtisadiyyat Aİ ABŞ-dən 750 milyard dollarlıq enerji alacaq
Dünya İqtisadiyyat Xəbərlər

Aİ ABŞ-dən 750 milyard dollarlıq enerji alacaq

Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında imzalanmış ticarət üzrə çərçivə sazişi Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ prezidenti Donald Trampın iyulun 27-də əldə etdiyi razılaşmaları təsdiqləyib.

Gundelik.az xəbər verir ki, sazişə əsasən, Avropa İttifaqı 2028-ci ilə qədər ABŞ-dan ümumilikdə 750 milyard dollar dəyərində enerji resursları alacaq.

Avqustun 21-də dərc olunan birgə bəyannamədə bildirilir ki, tərəflər təhlükəsiz və şaxələndirilmiş enerji təchizatını təmin etmək, eləcə də enerji ticarətinə mane ola biləcək qeyri-tarif baryerləri aradan qaldırmaq öhdəliyini götürüblər.

Aİ bu çərçivədə ABŞ-dən mayeləşdirilmiş təbii qaz, neft və nüvə məhsulları idxal etməyi planlaşdırır. Avropa Komissiyasının nümayəndələri isə dəqiqləşdiriblər ki, nəzərdə tutulan 750 milyard dollarlıq alışa həmçinin nüvə enerjisi üçün reaktorların alınması və sektora investisiyalar da daxildir.

İttifaq tərəfindən idxal olunacaq enerji həcmi Aİ-nin tələbatına uyğun müəyyən ediləcək.

Gundelik.az 

Exit mobile version