Gundelik.az Dünya ABŞ Polşaya 4 milyard dollarlıq silah krediti ayıracaq
Dünya Siyasət Xəbərlər

ABŞ Polşaya 4 milyard dollarlıq silah krediti ayıracaq

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb ki, Vaşinqton Polşaya Amerika istehsalı silahların alınması üçün 4 milyard dollarlıq kredit təqdim edəcək.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Bəyanatda bildirilir ki, bu kreditlə birlikdə son üç ildə Polşaya ayrılan ABŞ kredit dəstəyinin həcmi 15 milyard dolları ötüb.

“Birləşmiş Ştatlar Polşaya 4 milyard dollarlıq Xarici Hərbi Maliyyələşdirmə (FMF) kredit zəmanəti təqdim etməkdən qürur duyur. Bu əhəmiyyətli dəstək Polşanın öz müdafiəsinə və NATO-nun kollektiv təhlükəsizliyinin təminatına verdiyi güclü öhdəliyi nümayiş etdirir”, – məlumatda qeyd olunub.

DSCA həmçinin vurğulayıb ki, Polşa ABŞ-ın Avropadakı ən etibarlı müttəfiqlərindən biri kimi NATO-nun şərq cinahında ön sırada dayanır və müdafiə sərmayələrində lider mövqedədir.

Gundelik.az

Exit mobile version