Gundelik.az Dünya Polşa Ukraynanın kredit faizləri üçün 26 milyon avro ödəyəcək
Dünya Siyasət Xəbərlər

Polşa Ukraynanın kredit faizləri üçün 26 milyon avro ödəyəcək

Polşa hökuməti 2025-ci ildə Ukraynaya verilmiş kreditlər üzrə 26 milyon avro faiz ödəyəcək.

Gundelik.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin parlament sorğusuna cavabında bildirilib.

Məlumata görə, Ukrayna borc faizlərinin ödənilməsi üçün Avropa Komissiyasından yardım istəyib. Polşa 25,9 milyon avroluq öhdəliyin öz payını rüblük şəkildə 2027-ci ilə qədər ödəyəcək.

Məsələ ictimaiyyətdə narazılıq yaradıb. Millət vəkili Placzek bildirib: “Büdcə kəsiri və artan dövlət borcunu nəzərə alsaq, Polşa vergi ödəyiciləri Ukraynanın borcunu ödəmək məcburiyyətindədirmi? Bu, açıq şəkildə anti-Polşa yanaşmasıdır”.

Xatırladaq ki, Polşanın sabiq baş naziri Leszek Miller də Ukraynanı Polşada məqsədli şəkildə güclü diaspora yaratmaqda ittiham etmişdi.

Gundelik.az

Exit mobile version