Gundelik.az Dünya AB Rusiyanın dondurulmuş pullarını Ukraynaya verməyi müzakirə edir
Dünya Xəbərlər

AB Rusiyanın dondurulmuş pullarını Ukraynaya verməyi müzakirə edir

Avropa İttifaqının liderləri Brüsseldə keçiriləcək sammitdə Ukraynaya Rusiyanın dondurulmuş onlarla milyard avroluq vəsaitini onun hərbi və iqtisadi ehtiyacları üçün borc verib-verməmək barədə mühüm qərar qəbul edəcəklər.
AB-də Rusiyanın 210 milyard avro (185 milyard funt sterlinq; 245 milyard dollar) dəyərindəki vəsaitinin əksəriyyəti Belçikada yerləşən Euroclear təşkilatı tərəfindən idarə olunur. Hazırda Belçika və blokun bəzi digər üzvləri bu vəsaitlərin istifadəsinə qarşı olduqlarını bildiriblər.
Əgər maliyyə dəstəyi təmin olunmasa, Ukraynanın büdcəsi bir neçə ay ərzində tükənəcək.
Avropa hökumət rəsmilərindən biri razılaşmanın əldə olunacağına ümidli olduğunu, amma hər şeyin asan olmayacağını da nəzərə aldığını bildirib. Rusiya isə AB-ni öz pullarından istifadə etməməsi barədə xəbərdar edib və vəsaitini geri almaq üçün Euroclear-a qarşı Moskva məhkəməsində iddia qaldırıb.
Mənbə: BBC
Hazırladı: Gülçin Abdullayeva
Exit mobile version