Gundelik.az Dünya ABŞ hökuməti 67 nəfərin öldüyü təyyarə qəzasındakı günahını etiraf edib
Dünya Xəbərlər

ABŞ hökuməti 67 nəfərin öldüyü təyyarə qəzasındakı günahını etiraf edib

Yanvar ayında Vaşinqton yaxınlığında sərnişin təyyarəsi ilə Black Hawk tipli hərbi vertolyot toqquşub və nəticədə 67 nəfər həlak olub. Federal Hava Nəqliyyatı Administrasiyası (FAA) və hərbi vertolyot ekipajının qəza zamanı nöqsanlı olduğu rəsmi olaraq təsdiqlənib.
Qurban ailələrinin açdığı məhkəmə işinə təqdim olunan rəsmi cavabda hökumətin qəzanın məsuliyyətini üzərinə götürdüyü bildirilib. Sənədlərdə qeyd olunur ki, həmin gecə hava nəzarətçisi pilotların vizual məsafə qoruma qaydalarını pozub, həmçinin vertolyot pilotları sərnişin təyyarəsini görərək yayındırmaq üçün kifayət qədər diqqət göstərməyiblər.
Təhlükəsizlik xəbərdarlıqları nəzərə alınmayıb
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən aparılan ilkin araşdırmalar qəzanın baş verməsinə səbəb olan bir neçə amili ortaya çıxarıb. Məlum olub ki, vertolyot təyin olunmuş uçuş hündürlüyündən təxminən 24 metr yüksəkdə uçub. Həmçinin FAA son üç ildə həmin hava limanı ətrafında baş vermiş 85 “təyyarəyə yaxın keçmə” hadisəsinə baxmayaraq təhlükəni nəzərə almayıb.
Araşdırma hesabatında vertolyot ekipajının gecə görmə eynəyi ilə təyyarəni nə qədər aydın görə bildiyi və pilotların altimetrinin həqiqi irtifanı 30 metrədək səhv göstərə biləcəyi ehtimalları da qeyd olunub.
Qəzada həyatını itirənlər arasında Kanzasda keçirilmiş bir yarışdan qayıdan gənc konkis idmançıları, onların ailələri və məşqçiləri də olub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
Exit mobile version