Gundelik.az Dünya Ukrayna Aİ-dən 1,8 milyard avro məbləğində növbəti maliyyə tranşı alacaq
Dünya Siyasət Xəbərlər

Ukrayna Aİ-dən 1,8 milyard avro məbləğində növbəti maliyyə tranşı alacaq

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna Fondu çərçivəsində Kiyevə 1,8 milyard avrodan çox dəyərində beşinci maliyyə tranşının ayrılmasını təsdiqləyib.

Gundelik.az-ın məlumatına görə, şuranın yayımladığı bəyanatda bildirilir ki, maliyyələşdirmə əsasən Ukraynanın makromaliyyə sabitliyinin gücləndirilməsinə və dövlət idarəetmə orqanlarının davamlı fəaliyyətinə dəstək məqsədi daşıyır.

Qeyd edilib ki, 2024-cü il martın 1-də fəaliyyətə başlayan Ukrayna Fondu 2024–2027-ci illər ərzində Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsinə dəstək üçün qrant və kreditlər şəklində 50 milyard avroya qədər sabit maliyyə təmin edir.

Bu vəsaitin 32 milyard avroya qədəri Ukraynada planlaşdırılan islahatlar və investisiya layihələrinin həyata keçirilməsinə şərti şəkildə ayrılıb. Ödənişlər planda müəyyən olunan hədəflərə nail olunması ilə əlaqələndirilir.

Aİ Şurası Avropa Komissiyasının 29 sentyabr 2025-ci il tarixli qiymətləndirməsinə əsaslanaraq qeyd edib ki, Kiyev plan çərçivəsində bir sıra islahatları – məhkəmə sisteminin təkmilləşdirilməsi, korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə, maliyyə bazarlarının tənzimlənməsi, regional idarəetmə, enerji sektoru, yaşıl keçid və ətraf mühitin qorunması sahələrində – qənaətbəxş şəkildə icra edib.

Gundelik.az 

Exit mobile version