Bloger Hüseyn Həsənov çirkli pulların yuyulmasında təqsirləndirildiyi üçün ölkə ərazisində axtarışa verilib.
Gundelik.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Həsənov barəsində axtarış “Rusiya Cinayət Məcəlləsinə əsasən” yenidən elan edilib.
Bu ilin aprelində Moskvanın Çertanovski Məhkəməsi onun barəsində qiyabi həbs qərarı çıxarıb. Qərara əsasən, Həsənov saxlanıldığı və ya ekstradisiya edildiyi andan iki ay müddətinə həbsdə qalacaq.
Müstəntiqlərin iddiasına görə, bloger 170 milyon rubldan çox vergidən yayınmaqla yanaşı, maliyyə əməliyyatları vasitəsilə 20 milyon rubldan artıq vəsaiti qanunsuz yolla yuyub.
Hazırda Hüseyn Həsənov beynəlxalq axtarışdadır.
Gundelik.az

