Gundelik.az Dünya Rusiya İtaliyaya etiraz edib
Dünya Siyasət Xəbərlər

Rusiya İtaliyaya etiraz edib

Rusiya İtaliyaya rəsmi etirazını bildirib.

Gundelik.az xəbər verir ki, bu barədə Rusiyanın İtaliyadakı səfirliyi “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, noyabrın 4-də Rusiya səfirliyinin naziri-müşaviri Mixail Rossiyski İtaliya tərəfinin təşəbbüsü ilə İtaliyanın Xarici İşlər Nazirliyində olub. Görüş zamanı o, İtaliyada aparılan anti-Rusiya media kampaniyasına görə Moskvanın “kəskin narazılığını” ifadə edib.

Səfirliyin bəyanatında qeyd olunur ki, bu kampaniyaya səbəb Rusiya XİN sözçüsü Mariya Zaxarovanın çıxışı olub. Zaxarova İtaliya vergi ödəyicilərinin vəsaitlərinin Ukraynadakı “cinayətkar rejimi” dəstəkləmək üçün “səmərəsiz xərclənməsini” tənqid edib və bunun ölkənin mədəni irs sahəsinin maliyyələşdirilməsinə mənfi təsir göstərdiyini vurğulayıb.

Xatırladaq ki, noyabrın 3-də İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın Romadakı səfiri Aleksey Paramonovu nazirliyə çağırmışdı. Bunun ardınca Rusiya XİN İtaliyaya Ukraynaya dəstəyin “cinayət və günah” olduğunu xatırlatmağa söz vermişdi.

Gundelik.az 

Exit mobile version