ABŞ-nin Kaliforniya ştatının San Luis Obispo və Riverside kimi bir çox fərqli bölgəsində baş verən yanğınlar təxminən 34 min hektar ərazini əhatə edib.
Bu barədə Gundelik.az Kaliforniya Meşə Yanğın Departamentinə istinadən xəbər verir.
İyulun 2-də San Luis Obispoda başlayan Madre yanğını 32 min hektardan çox ərazini əhatə edib və 35 faiz nəzarət altındadır.
29 iyundan Riversidedə başlayan yanğın isə təxminən 1000 hektara yaxın ərazini əhatə edib və yanğının 95 faizi nəzarət altına alınıb.
Digər tərəfdən, Riverside xaricindəki Siskiyou və Şasta əyalətlərində yanğınlar ümumilikdə 674 hektar əraziyə yayılıb.
Bu yanğınların təqribən 5 faizi nəzarət altına alınıb, digər ərazilərdə yanğınlar isə davam etməkdədir.
Hələlik xəsarət alanların olub-olmaması ilə bağlı məlumatlar açıqlanmayıb.
Gundelik.az

