ABŞ-də cari hesabın kəsiri bu ilin birinci rübündə 44,3 faiz artaraq 450,2 milyard dollara çatıb.
Gundelik.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi yanvar-mart dövrü üzrə cari əməliyyatlar balansı məlumatlarını açıqlayıb.
Bu dövrdə cari kəsir üçün bazar gözləntisi 448 milyard dollar olub.
ABŞ-də ötən ilin son rübünün cari kəsiri 303,9 milyard dollardan 312 milyard dollara yüksəlib.
Ölkənin cari hesab kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbəti bu ilin birinci rübündə 6% olaraq hesablanıb. Ötən ilin son rübündə bu nisbət 4,2% təşkil edib.
“Bu dövrdə cari əməliyyatlar hesabının kəsirinin artması daha çox mal ticarətində kəsirin genişlənməsi ilə bağlı olmuşdur”, – deyə məlumatda vurğulanıb.
Gundelik.az

