ABŞ Hərbi Hava Qüvvələri Britaniyanın Hind okeanındakı Dieqo Qarsiya adasındakı bazaya əvvəllər orada yerləşdirilən altı “B-2 Spirit” strateji gizli bombardmançı təyyarəsinə əlavə olaraq dörd ədəd “B-52H Stratofortress” strateji bombardmançı təyyarəsini yerləşdirib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, təyyarələrin bazaya gəlişi peyk şəklinə düşüb.
Bundan əlavə, bir gün əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin strateji qarşısının alınması üzrə müavini, general-leytenant Endryu Qebara ABŞ Konqresində dinləmələr zamanı “B-52H” bombardmançılarından ibarət əməliyyat qrupunun missiyaya göndərildiyini bildirib.
Gundelik.az

