ABŞ Dövlət Departamenti müxtəlif ölkələrdə, o cümlədən Belarus, Moldova və Qırğızıstanda xarici yardım layihələrinin maliyyələşdirilməsini ləğv edib.
Gundelik.az xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Effektivliyi Departamenti (DOGE) məlumat yayıb.
“Dövlət katibi Marko Rubio ABŞ Dövlət Departamentinin xarici yardımlarını diqqətlə nəzərdən keçirməyə davam edir. Bu gün 215 milyon dollar dəyərində 139 dəyərsiz qrant ləğv edilib”, – DOGE yazıb.
Moldovada 2 milyon dollar, Özbəkistanda 2,5 milyon dollar və Qırğızıstanda 750 min dollar dəyərində proqramlar üçün qrantlar da kəsilib.
“Bundan əlavə, Dövlət Departamentinin Ermənistan, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Liviya, Mavritaniya, Tunis və Şri-Lankadakı proqramları ləğv edilib”, – nəşr yazır.
Gundelik.az

