ABŞ-nin Arizona ştatında yüngül mühərrikli tibbi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Gundelik.az xəbər verir ki, bu barədə CNN yerli polisə istinadən xəbər verir.
“Kiçik təyyarə qəzası baş verən zaman yaxınlıqdakı xəstəxanadan bir xəstəni götürmək üçün yola düşmüşdü”, – polis sözçüsü deyib.
“Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) məlumatına görə, qəzaya uğrayan təyyarə “Beechcraft 300″ olub və NTSB müstəntiqləri hadisə yerinə gediblər”, – NTSB sözçüsü Sarah Taylor Sulik CNN-ə bildirib.
Hazırda qəzanın təfərrüatları araşdırılır.
Gundelik.az

