ABŞ-də idxal rüsumlarının tətbiqindən sonra mümkün qiymət artımlarından əvvəl istehlakçılar yeni avtomobillər almağa tələsdiyi üçün bir çox iri avtomobil istehsalçıları aprel ayında satışlarını əhəmiyyətli dərəcədə artırıb.
Bu barədə Gundelik.az “CNBC”-yə istinadən xəbər verir.
Belə ki, Amerikanın “Ford Motor” şirkəti ötən ilin aprel ayı ilə müqayisədə satışlarını 16%, Yaponiyanın “Toyota”sı 10%, Cənubi Koreyanın “Hyundai” şirkəti 19%, onun ABŞ-da ayrıca fəaliyyət göstərən törəmə şirkəti “Kia” isə 14% artırıb.
“General Motors” rüblük əsasda çatdırılma məlumatlarını açıqlayır. Ötən həftə şirkət keçən ayki tədarüklərin 20% artdığını təsdiqləyib.
“J.D. Power” şirkətinin məlumat və analitika şöbəsinin rəhbəri Tomas Kinq bildirib: “Aprelin nəticələri.tariflər səbəbindən avtomobil qiymətlərinin gələcək artımı ilə bağlı idi. Lakin bu vəziyyət uzun müddət davam edə bilməz”.
Gundelik.az

