ABŞ Dövlət Departamenti mühafizəkar fəal Çarli Kirkə hücumu açıq şəkildə dəstəkləyən 6 əcnəbi vətəndaşın vizasını ləğv edib.
Gundelik.az xəbər verir ki, bu barədə Departament X sosial media platformasında məlumat yayıb.
“Birləşmiş Ştatlar amerikalılara ölüm arzulayan əcnəbiləri qəbul etmək öhdəliyi daşımır. Dövlət Departamenti Çarli Kirkə qarşı iyrənc qətlləri qeyd edən viza sahiblərini müəyyənləşdirməyə davam edir”, – Dövlət Departamenti bildirib.
Qeyd olunub ki, ABŞ səlahiyyətliləri immiqrasiya qanunlarını tətbiq etməklə ölkənin sərhədlərini, mədəniyyətini və vətəndaşlarını qorumağa davam edəcək.
Xatırladaq ki, Çarli Kirk sentyabrın 10-da Yuta ştatındakı universitetdə çıxışı zamanı güllələnib. Yuta ştatının 22 yaşlı sakini Tayler Robinson tezliklə həbs olunub və cinayətdə ittiham edilib.
Gundelik.az

