Gundelik.az Xəbərlər İqtisadiyyat ABŞ birjaları Trampın Çinlə bağlı sərt açıqlamalarından sonra kəskin ucuzlaşıb
Dünya İqtisadiyyat Xəbərlər

ABŞ birjaları Trampın Çinlə bağlı sərt açıqlamalarından sonra kəskin ucuzlaşıb

Traders Edward Curran, left, and Robert Charmak work on the floor of the New York Stock Exchange, Wednesday, Sept. 17, 2025. (AP Photo/Richard Drew)

Amerika fond bazarlarında cümə günü ciddi eniş qeydə alınıb.

Gundelik.az xəbər verir ki, bu, ABŞ Prezidenti Donald Trampın Çin idxalına tarifləri əhəmiyyətli dərəcədə artırmaq niyyətini açıqlamasından və Çin prezidenti Si Cinpinlə görüşünü ləğv etməsindən sonra baş verib.

Tramp Truth Social platformasında paylaşım edərək Pekinin nadir torpaq metallarının ixracına nəzarəti gücləndirməsindən narazılığını bildirib:“Hazırda nəzərdən keçirdiyimiz tədbirlərdən biri ABŞ-a daxil olan Çin mallarına tariflərin əsaslı şəkildə artırılmasıdır. Ciddi şəkildə müzakirə olunan bir çox başqa əks tədbirlər də var”, – deyə o qeyd edib.

ABŞ lideri həmçinin Si Cinpinlə görüşün “heç bir mənası olmadığını” vurğulayıb.

Bu açıqlamalardan sonra Wall Street-in əsas indeksləri sürətlə ucuzlaşıb. S&P 500Nasdaq Composite aprelin 10-dan bəri ən böyük bir günlük faiz enişini qeydə alıb.

Çin şirkətlərinin Amerika depozit qəbzləri də kəskin dəyər itirib — Alibaba Group Holding 8,5%, JD.com Inc. isə 6,2% azalıb.

“Möhtəşəm yeddilik” texnoloji şirkətləri arasında ən böyük itkilər Tesla (-5,1%), Amazon (-5%), Nvidia (-4,9%), Meta (-3,9%), Apple (-3,5%) və Microsoft (-2,1%) olub.

Digər texnoloji nəhənglər də geriləyib: Synopsys Inc 9,4%, Super Micro Computer Inc 8,8%, ON Semiconductor Corp 8,5%, AMD 7,7%, Broadcom 5,9%, IBM 3,6%, Cisco 2,9% və Oracle isə 2,5% ucuzlaşıb.

Yeni Panther Lake prosessorlarını təqdim edən Intel-in səhmləri 3,8% azalıb. Qualcomm Inc. isə Çində şirkətə qarşı antiinhisar araşdırmasına başlanması xəbərindən sonra 7,3% dəyər itirib.

Bristol Myers Squibb şirkətinin biotexnoloji Orbital Therapeutics-i 1,5 milyard dollara alacağı xəbəri fonunda səhmləri 1,6% azalıb. Levi Strauss & Co. isə müsbət maliyyə hesabatına baxmayaraq, bazar kapitallaşmasının 12,6%-ni itirib.

Bununla yanaşı, Applied Digital məlumat mərkəzi operatorunun səhmləri güclü rüblük nəticələr fonunda 16,1% bahalaşıb. Protagonist Therapeutics şirkətinin səhmləri isə Johnson & Johnson tərəfindən mümkün alınma xəbəri ilə 29,8% yüksəlib.

S&P 500 indeksində ən çox qazanan şirkət PepsiCo Inc. (+3,7%), Dow Jones indeksində isə McDonald’s Corp. (+1,1%) və Coca-Cola Co. (+0,6%) olub.

Nəticədə:

  • Dow Jones Industrial Average 1,9% azalaraq 45 479,60 bənddə bağlanıb;

  • S&P 500 2,71% azalaraq 6552,51 bəndə düşüb;

  • Nasdaq Composite 3,56% enərək 22 204,43 bənd səviyyəsinə geriləyib.

Gundelik.az 

Exit mobile version