İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Microsoft” “Fələstin” və “Qəzza” sözləri olan e-poçtları bloklamağa başlayıb

“Microsoft” şirkəti tərəfindən “Fələstin” və ya “Qəzza” sözlərindən ibarət məktubların şirkət daxilində və xaricində alıcılara göndərilməsi müvəqqəti olaraq bloklanıb.

Gundelik.az xəbər verir ki, bu barədə “The Verge” nəşri məlumat paylaşıb.

“No Azure for Apartheid” (NOAA) etiraz qrupu bildirir ki, onlarla “Microsoft” işçisi mövzuda və ya mətndə sözlərin olduğu mesajları göndərə bilməyib”, – “The Verge” yazır.

NOAA təşkilatçısı Hossam Nasrin sözlərinə görə, bu, rəhbərlik tərəfindən söz azadlığını və senzuranı boğmaq cəhdidir.

“Microsoft” nəşrə təsdiqləyib ki, şirkət daxilində “
siyasi motivli e-poçtların sayını azaltmaq üçün bəzi dəyişikliklər edib. Şirkətin sözçüsü Frank Şov bildirib ki, on minlərlə işçi son bir neçə gündə bir sıra siyasi ittihamlarla dolu mesajlar alıb və bu, rəhbərləri hərəkətə keçməyə məcbur edib.

Bundan əvvəl məlum olub ki, “Microsoft” bütün dünyada bəzi işçilərini ixtisar etmək qərarına gəlib. Şirkət bildirib ki, ixtisarlar bütün səviyyələrdə, komandalar və bölgələr üzrə işçilərin üç faizinə təsir edəcək. Bu, 2023-cü ildə 10,000 vəzifənin (bütün işçi qüvvəsinin təxminən beş faizi) ixtisarından bəri ən böyük ixtisar mərhələsidir.

Gundelik.az