Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidməti yeni ekskavatorlar satın alır.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı dövlət xidmətində müvafiq tədbirlər görülür.
Belə ki, qurum 8 ədəd təkərli ekskavator, 20 ədəd təkərli ekskavator yükləyiciləri, 2 ədəd isə tırtıllı ekskavatorlar sifariş edəcək.
Dövlət xidməti sözügedən vasitələrə müvafiq olaraq, 2,7 milyon manat, 3,7 milyon manat və 1,9 milyon manat sərf olunacağını proqnozlaşdırıb.
Qurum hazırda qeyd olunan nəqliyyat vasitələrini təhvil verəcək şirkət axtarışındadır.
Gundelik.az
