Gundelik.az Dünya ABŞ İsveçrə qızıl külçələrinə yeni rüsum tətbiq edəcək
Dünya Xəbərlər

ABŞ İsveçrə qızıl külçələrinə yeni rüsum tətbiq edəcək

ABŞ kiloqramlıq qızıl külçələrini yeni rüsum tətbiq ediləcək mallar siyahısına əlavə edib.

Bu barədə Gundelik.az “Financial Times”a istinadən xəbər verir.

Məlumata görə, bu qərar qızıl emalı üzrə dünyanın ən böyük mərkəzi sayılan İsveçrə iqtisadiyyatına növbəti zərbə olacaq.

Qeyd edilir ki, ən böyük qızıl fyuçers bazarı olan Comex-də əsas ticarət kiloqramlıq külçələrlə aparılır. Qızıl isə İsveçrənin ABŞ-a ixrac etdiyi əsas məhsullar sırasındadır.

Ekspertlər hesab edir ki, Vaşinqtonun qərarı qlobal qiymətli metallar bazarında ciddi dəyişikliklərə səbəb ola bilər. ABŞ-ın əvvəllər tətbiq etdiyi 39%-lik tariflərin texnologiya sektorunda ixracat müəssisələrinin fəaliyyətini çətinləşdirdiyi kimi, bu addımın da İsveçrə iqtisadiyyatına mənfi təsir göstərəcəyi gözlənilir.

Gundelik.az 

Exit mobile version