Qidalanma psixoloji problemləri təkbaşına müalicə etmir. Lakin araşdırmalar göstərir ki, qan şəkərinin sabitliyi, bağırsaq sağlamlığı və kifayət qədər maye qəbulu əhval-ruhiyyə, stress və zehni fəaliyyətə təsir göstərir.
Mütəxəssislər gündəlik qidalanmada 4 əsas məqama diqqət yetirməyi tövsiyə edir:
1. ÖYÜNLƏRİ NİZAMLI QƏBUL EDİN
Uzun müddət ac qalmaq bəzi insanlarda yorğunluq, enerji azalması, əsəbilik və diqqət problemlərinə səbəb olur. Buna görə gün ərzində nizamlı qidalanmaq vacibdir.
2. KİFAYƏT QƏDƏR SU İÇİN
Susuzluq yalnız fiziki deyil, zehni fəaliyyətə də təsir göstərir. Kifayət qədər su içməmək diqqəti toplamağı və aydın düşünməyi çətinləşdirir. Şəkərli içkilərin isə məhdudlaşdırılması tövsiyə olunur.
3. HƏDDİNDƏN ARTIQ EMAL OLUNMUŞ QİDALARI AZALDIN
Şəkər, duz və əlavə yağlarla zəngin yüksək dərəcədə emal olunmuş qidaların çox istifadəsi mənfi sağlamlıq nəticələri ilə əlaqələndirilir. Bu qidaların əvəzinə daha təbii və qidalı məhsullara üstünlük vermək məsləhətdir.
4. BİTKİ MƏNŞƏLİ QİDALARI ARTIRIN
Tərəvəz, meyvə, tam taxıllar və digər bitki mənşəli qidaların müxtəlifliyini artırmaq bağırsaq mikrobiomunun zənginliyini dəstəkləyir. Bağırsaq sağlamlığı isə beyin və ümumi sağlamlıqla əlaqəlidir.
Kiçik dəyişikliklərlə başlayın: su qəbulunu artırmaq, yemək saatlarını nizamlamaq, daha çox tərəvəz və meyvə yemək və emal olunmuş məhsulları tədricən azaltmaq sağlam qidalanmaya keçidin sadə yollarındandır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
